10 ən uzunömürlü yolsuzluq avtomobili - Ekspert araşdırması
10 ən uzunömürlü yolsuzluq avtomobili - Ekspert araşdırması
Ən davamlı krossover və yolsuzluq avtomobillərinin (SUV) adları açıqlanıb.
Bununla bağlı ABŞ-nin "iSeeCars" agentliyinin ekspertləri araşdırma aparıblar.
Araşdırma çərçivəsində ekspertlər 174 milyondan çox avtomobili təhlil ediblər. Ən azı 402 min kilometr yürüş ehtimalı ən yüksək olan avtomobillər seçilib.
Beləliklə, siyahıda lider "Toyota Sequoia" SUV-u olub. Bu yapon avtomobilinin yürüşünün 402 min kilometrə çatma ehtimalı 39,1% təşkil edir. İkinci yeri 32,9 faizlə "Toyota 4Runner" tutur. Üçüncü yerdə isə 31% göstəricisi ilə "Toyota Highlander Hybrid" yer alır.
İlk 10-luğa həmçinin "Lexus GX", "Lexus RX" (hibrid), "Honda Pilot", "Toyota Highlander", "Chevrolet Suburban", "Lexus RX", "Honda CR-V" daxildir.







Oxşar -Yeniinfo.az
Sinir yorğunluğu və tükənməsinin əlamətləri
Rusiyada azərbaycanlını qatar vuraraq öldürüb
Günəşdə son ayların ən güclü partlayışı baş verdi
Utilizasiya proqramından gözləntilər nələrdir?
Yerin 500 milyon illik sirri açıldı
Bakıda avtobus qəza törədib obyektə çırpıldı
Kosmosdan gələn naməlum zərbə
Yuxunun keyfiyyətinə təsir edən AĞLAGƏLMƏZ AMİL