4 İyun - Hava Haqqında Məlumat
4 İyun - Hava Haqqında Məlumat
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin 3-dən 4-nə keçən gecə və səhər bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi axşama doğru zəifləyəcək.
Havanın temperaturu gecə 17-20° isti, gündüz 23-27° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 14-18°, gündüz 22-27° isti, dağlarda gecə 5-10° isti, gündüz 10-15° isti olacaq.







Oxşar -Yeniinfo.az
Noyabrın 4-də gözlənilən hava şəraiti
Noyabrın 3-də gözlənilən hava şəraiti
Noyabrın 2-də gözlənilən hava şəraiti
Noyabrın 1-də gözlənilən hava şəraiti
Oktyabrın 31-də gözlənilən hava şəraiti
Oktyabrın 30-da gözlənilən hava şəraiti
Oktyabrın 29-da gözlənilən hava şəraiti
Oktyabrın 28-də gözlənilən hava şəraiti