Telefon
WhatsApp
AAYDA: Sumqayıt-Saray körpüsündə problem yoxdur
300 X 250 Reklam Alanı

Son günlər bəzi sosial şəbəkə səhifələrində Sumqayıt şəhərini Saray qəsəbəsi ilə biləşdirən və cari ilin mart ayında istifadəyə verilən avtomobil körpüsündə guya çat və çökmələrin olması ilə bağlı məlumatlar yayılır.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) açıqlamasında bildirilir.

Agentlik bəyan edib ki, bu məlumatlar həqiqəti əks etdirmir və körpüdə hər hansı problem müşahidə olunmur. Yayılan videodan da aydın görünür ki, problem körpüyə yanaşma yollarındadır.

Sözügedən ərazidə yalnız yeni körpü inşa edilib, yanaşma yollarında hər hansı bir təmir-bərpa işi icra olunmayıb.

Bundan öncəki qəzalı körpü 2 hərəkət zolaqlı olub, lakin gələcəkdə hərəkət intensivliyinə uyğun olaraq, mövcud yolun genişləndiriləcəyi nəzərə alınmaqla körpü 4 hərəkət zolaqlı olmaqla inşa edilib.

Yanaşma yollarının körpüyə uyğun 4 hərəkət zolaqlı olmaqla yenidən qurulması ilə bağlı təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim olunub.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

300 X 250 Reklam Alanı

Reklam

300 X 250 Reklam Alanı

Valyuta Məzənnəsi

Yüklənir...
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150