Telefon
WhatsApp
ABŞ Prezidenti Donald Trampın Administrasiyası Azərbaycan və bəzi Mərkəzi Asiya ölkələrinin
300 X 250 Reklam Alanı

ABŞ Prezidenti Donald Trampın Administrasiyası Azərbaycan və bəzi Mərkəzi Asiya ölkələrinin "İbrahim sazişləri"nə qoşulması imkanını müzakirə edir.

 

Bu barədə "Times of Israel" yazır.

 

Qeyd olunur ki, hazırda məsələyə dair danışıqlar davam edir. Bu addımın həmin ölkələrin İsraillə mövcud əlaqələrini daha da dərinləşdirməsini hədəflədiyi bildirilir.

 

Xatırladaq ki, "İbrahim sazişləri" çərçivəsində (2020-2021-ci illərdə Trampın ilk prezidentlik dövründə imzalanıb) dörd müsəlman ölkə ABŞ-nin vasitəçiliyi ilə İsraillə diplomatik münasibətləri normallaşdırmağa razılıq verib.

 

Azərbaycan və Mərkəzi Asiyadakı bütün ölkələr isə artıq İsraillə uzunmüddətli əlaqələrə malikdirlər. Buna görə də sazişin onları əhatə etməsi əsasən simvolik xarakter daşıyacaq və ticarət, hərbi əməkdaşlıq kimi sahələrdə əlaqələri gücləndirməyə yönələcək.

 

Vurğulanır ki, Tramp Administrasiyası Azərbaycan və Ermənistan arasında sülh sazişinin bağlanmasını "İbrahim sazişləri"nə qoşulmaq üçün şərt kimi irəli sürür.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

300 X 250 Reklam Alanı

Reklam

300 X 250 Reklam Alanı

Valyuta Məzənnəsi

Yüklənir...
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150