Telefon
WhatsApp
Alimləri heyrətləndirən kəşf - Laplandiyada ağaclarda qızıl
300 X 250 Reklam Alanı

Finlandiyanın Laplandiya bölgəsində aparılan yeni araşdırma alimləri heyrətləndirib - məlum olub ki, nəhəng Norveç şamlarının iynəyarpaqlarında qızıl hissəcikləri gizlənir.

Bu barədə "IFLScience" portalına istinadla xəbər verir.

Bildirilir ki, Oulu Universitetinin tədqiqatçıları regionda 23 şam ağacından 138 nümunə toplayıb. Onlardan dördündə qızıl nanohissəcikləri aşkarlanıb və bu hissəciklər bakterial bioplyonkalarla əhatə olunmuş olub.

Alimlərin fikrincə, ağacların içərisində yaşayan mikroblar torpaqdan suda həll olmuş qızılı udur və onu bərk nanohissəciklərə çevirir. Bu proses "biominerallaşma" adlanır və əvvəllər Avstraliyadakı bəzi evkalipt ağaclarında da müşahidə olunub.

Ekspertlərin sözlərinə görə, bu qızıldan varlanmaq çətin olsa da, yeni kəşf geoloqlara və qızıl axtaranlara yeni istiqamət göstərə bilər.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

300 X 250 Reklam Alanı

Reklam

300 X 250 Reklam Alanı

Valyuta Məzənnəsi

Yüklənir...
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150