Telefon
WhatsApp
Allahşükür Paşazadə: Erməni kilsəsi xalqını sülhə deyil, revanşizmə kökləyir.
300 X 250 Reklam Alanı

Erməni kilsəsi xalqını sülhə deyil, revanşizmə kökləyir.

Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Bakıda "İslamofobiya diqqət mərkəzində: Qərəzin ifşası, stiqmaların dağıdılması" mövzusunda keçirilən beynəlxalq elmi konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, İslam adından siyasi məqsədlər üçün istifadə edənlərə qarşı birgə mübarizə aparılmalıdır:

"Milli-mənəvi dəyərlər xalqımızın sərvətidir. Bunu yad təsirlərdən qorumaq lazımdır. Fransada, Danimarkada, İsverçdə və digər ölkələrdə islamofobiya geniş vüsət alıb. Eləcə də Ermənistanın işğalına məruz qalan torpaqlarımızda ən böyük faciələrdən biri də məscid və ibadət yerlərimizin məhvidir".

QMİ sədri bildirib ki, azərbaycanlıların doğma yurdlarından məqsədyönlü didərgin salınması ilə yanaşı, 300-dən artıq ibadət yerinin olduğu Qərbi Azərbaycanda İrəvan Qazılığının fəaliyyətinin dayandırılması islamofobiyanın nümunəsidir:

"Lakin Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının mayın 22-də keçirilən iclasında İrəvan Qazılığının fəaliyyətinin bərpası ilə bağlı qərar qəbul olundu".

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

300 X 250 Reklam Alanı

Reklam

300 X 250 Reklam Alanı

Valyuta Məzənnəsi

Yüklənir...
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150