Almaniyanın paytaxtı Berlin şəhərində yerləşən “Şəhidlik” məscidi ziyarət olunub.
Almaniyanın paytaxtı Berlin şəhərində yerləşən “Şəhidlik” məscidi ziyarət olunub.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun rəhbərliyi ilə "Heydər" məscidinin imamları Hacı Rüfət Qarayev və Hacı Hafiz Abbasov iyunun 25-də Almaniyanın paytaxtı Berlin şəhərində yerləşən “Şəhidlik” məscidini ziyarət edib.
Nümayəndə heyətinə məscidin tarixi, memarlıq xüsusiyyətləri, dini və sosial fəaliyyətləri barədə məlumat verilib. Bildirilib ki, Osmanlı memarlıq üslubunda inşa olunmuş məscid Almaniyadakı müsəlman icmaları arasında əhəmiyyətli mərkəzlərdən biri hesab olunur. Məscid dini ibadətgah yeri olmaqla yanaşı, təhsil, informasiya və mədəni tədbirlərin keçirildiyi məkan kimi də tanınır.
Ziyarət zamanı nümayəndə heyəti məscidin rəhbərliyi ilə də görüşüb. Dinlər və mədəniyyətlərarası dialoqun önəmi, tolerantlığın təşviqi və əməkdaşlığın perspektivləri ilə bağlı müzakirələr aparılıb.







Oxşar -Yeniinfo.az
Sinir yorğunluğu və tükənməsinin əlamətləri
Rusiyada azərbaycanlını qatar vuraraq öldürüb
Günəşdə son ayların ən güclü partlayışı baş verdi
Utilizasiya proqramından gözləntilər nələrdir?
Yerin 500 milyon illik sirri açıldı
Bakıda avtobus qəza törədib obyektə çırpıldı
Kosmosdan gələn naməlum zərbə
Yuxunun keyfiyyətinə təsir edən AĞLAGƏLMƏZ AMİL