ASCO “Rəsul Rza” gəmisini əsaslı təmirdən sonra istismara qaytarıb
ASCO “Rəsul Rza” gəmisini əsaslı təmirdən sonra istismara qaytarıb
“AZCON Holding” şirkətlərindən olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) beynəlxalq sularda üzən “Rəsul Rza” quru yük gəmisinin əsaslı təmiri başa çatıb.
Təmir prosesi qardaş Türkiyənin Tuzla şəhərində yerləşən “Giysan” tərsanəsində həyata keçirilib.
İşlər çərçivəsində gəminin baş və köməkçi mühərrikləri, nasoslar və digər mexanizmləri yenidən baxışdan keçirilib. Bununla yanaşı, boru və elektrik sistemlərinin quraşdırılması, avtomatika və gövdə qaynaq işləri icra olunub.
Gəminin sualtı və suüstü hissələri abraziv qumla təmizlənərək yenidən boyanıb. Yaşayış və xidməti otaqlar tam şəkildə təmir edilərək müasir tələblərə uyğunlaşdırılıb. Yük anbarları da təmizlənib və rənglənib.
Bundan əlavə, xilasetmə vasitələri və yanğın avadanlıqları üzrə müvafiq texniki müayinələr aparılıb.
Təmir işləri tamamlandıqdan sonra “Rəsul Rza” gəmisi bütün texniki yoxlamalardan uğurla keçib və istismara verilib. Hazırda gəmi növbəti səfərinə hazırlaşır.
Qeyd edək ki, “Rəsul Rza” 2016-cı ildən Azərbaycan bayrağı altında xarici sularda üzür. Gəminin uzunluğu 108,33 metr, eni 16,74 metr, yükgötürmə qabiliyyəti isə 5200 tondur.







Oxşar -Yeniinfo.az
Sinir yorğunluğu və tükənməsinin əlamətləri
Rusiyada azərbaycanlını qatar vuraraq öldürüb
Günəşdə son ayların ən güclü partlayışı baş verdi
Utilizasiya proqramından gözləntilər nələrdir?
Yerin 500 milyon illik sirri açıldı
Bakıda avtobus qəza törədib obyektə çırpıldı
Kosmosdan gələn naməlum zərbə
Yuxunun keyfiyyətinə təsir edən AĞLAGƏLMƏZ AMİL