Avqustun 22-də gözlənilən hava şəraiti açıqlanıb
Avqustun 22-də gözlənilən hava şəraiti açıqlanıb
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi günün ikinci yarısından zəifləyəcək.
Havanın temperaturu gecə 21-25°, gündüz 26-30° dərəcə isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-45 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 21-25°, gündüz 31-36°, dağlarda gecə 10-15°, gündüz 18-23° dərəcə isti olacaq.







Oxşar -Yeniinfo.az
Noyabrın 4-də gözlənilən hava şəraiti
Noyabrın 3-də gözlənilən hava şəraiti
Noyabrın 2-də gözlənilən hava şəraiti
Noyabrın 1-də gözlənilən hava şəraiti
Oktyabrın 31-də gözlənilən hava şəraiti
Oktyabrın 30-da gözlənilən hava şəraiti
Oktyabrın 29-da gözlənilən hava şəraiti
Oktyabrın 28-də gözlənilən hava şəraiti