AZAL Türkiyənin Çukurova Beynəlxalq Hava Limanına ilk reysini həyata keçirib
AZAL Türkiyənin Çukurova Beynəlxalq Hava Limanına ilk reysini həyata keçirib
Azərbaycanın milli aviadaşıyıcısı AZAL bu gün, 15 iyun tarixində Bakıdan Türkiyənin Adana və Mersin şəhərlərinə yaxın ərazidə yerləşən yeni Çukurova Beynəlxalq Hava Limanına ilk birbaşa reysini uğurla həyata keçirib.
Bu barədə "Yeniinfo"a AZAL-dan məlumat verilib.
Yeni marşrut üzrə uçuşlar həftədə iki dəfə – cümə axşamı və bazar günləri yerinə yetirilir. Bu reyslər yalnız Adana və Mersin deyil, həm də yaxınlıqdakı digər bölgələrə səyahət edən sərnişinlər üçün əlavə rahatlıq yaradacaq.
Uçuşdan əvvəl Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalında sərnişinlər üçün təntənəli tədbir təşkil olunub. Təyyarə Çukurova Beynəlxalq Hava Limanında da səmimi şəkildə qarşılanıb, sərnişinlərə şirniyyatlar təqdim edilib.
AZAL-ın bu yeni marşrutu iki qardaş ölkə arasında hava nəqliyyatı əlaqələrinin daha da güclənməsinə mühüm töhfə verir.
Aviabiletləri AZAL-ın rəsmi www.azal.az saytı, mobil tətbiqi, aviaşirkətin kassaları və akkreditə olunmuş agentliklər vasitəsilə əldə etmək mümkündür.
Oxşar -Yeniinfo.az
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
QMİ Məhərrəm ayının başlaması ilə bağlı fətva verib
AZAL Ürgəncə müntəzəm uçuşları bərpa edir
Qazaxıstan və Azərbaycan iqtisadi əməkdaşlığı genişləndirirlər
525 nömrəli marşrutda Çin istehsalı olan 10 avtobus istismara verilib
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Prokurorluq işçilərinin qulluqda olma yaş həddinin artırılması təklifi ilk oxunuşda qəbul edilib
“Polis haqqında” qanuna təklif edilən dəyişiklik birinci oxunuşda qəbul olunub