Azərbaycan İlahiyyat İnstitutunda Aşura günü ilə əlaqədar qanvermə aksiyası keçirilir
Azərbaycan İlahiyyat İnstitutunda Aşura günü ilə əlaqədar qanvermə aksiyası keçirilir
Azərbaycan İlahiyyat İnstitutunda Aşura günü ilə əlaqədar qanvermə aksiyası keçirilir.
Aksiyada Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov və komitənin səlahiyyətli şəxsləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak edib.
Qeyd edək ki, bu gün ölkə üzrə qanvermə aksiyası keçirilir.
Səhiyyə Nazirliyi, Qafqaz Müsəlmanları İdarəsi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Gənclər Fondu, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, Respublika Qan Bankı, Azərbaycan İlahiyyat İnstitutu, Mənəvi Dəyərlərin Təbliği Fondu, Bakı İlahiyyat Kolleci, Milli QHT Forumu, Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə Aşura günündə keçirilən aksiyaya könüllü şəxslər və ictimaiyyət nümayəndələri qatılırlar.
Aksiya zamanı toplanan qan hemofiliya və talassemiya, həmçinin digər xəstəliklərdən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.
Xatırladaq ki, bu il aksiyalar Şuşa, Ağdam şəhərləri, Naxçıvan Muxtar Respublikası daxil olmaqla müxtəlif şəhər və rayonlarında təşkil edilir.







Oxşar -Yeniinfo.az
Sinir yorğunluğu və tükənməsinin əlamətləri
Rusiyada azərbaycanlını qatar vuraraq öldürüb
Günəşdə son ayların ən güclü partlayışı baş verdi
Utilizasiya proqramından gözləntilər nələrdir?
Yerin 500 milyon illik sirri açıldı
Bakıda avtobus qəza törədib obyektə çırpıldı
Kosmosdan gələn naməlum zərbə
Yuxunun keyfiyyətinə təsir edən AĞLAGƏLMƏZ AMİL