Azərbaycan İlahiyyat İnstitutunda "Məzun günü" keçirilib.
Azərbaycan İlahiyyat İnstitutunda "Məzun günü" keçirilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 21 iyun 2025-ci il tarixində 2024/2025-ci tədris ili üzrə "Məzun günü" keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) icraçı direktoru Rəvan Həsənov, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin müavini Fuad Nurullayev, Azərbaycan Mətbuat Şurasının (AMŞ) sədri Rəşad Məcid, dini konfessiyaların nümayəndələri, DQİDK yanında İctimai Şuranın üzvləri iştirak ediblər.
Aİİ-nin rektoru Aqil Şirinov qurumun fəaliyyətindən danışıb.
"Təxminən 300 tələbəsi olan ali təhsil ocağımızda 70 tələbəyə təqaüd verilir. Gələcəkdə bu sayın artması mümkündür. İnstitutumuzda keçirilən dördüncü məzun günündə buranı bitirən tələbələrimizin gələcəkdə savadlı kadrlar olacağına şübhəmiz yoxdur", - o qeyd edib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov isə İlahiyyat İnstitutunun əsas məqsədinin düzgün dini təhsil olduğunu vurğulayıb:
"Əsas məqsədimiz təkcə dini təhsil vermək deyil. Biz Azərbaycan üçün din sahəsində çatışmazlıqları bərpa edə biləcək mütəxəssisləri elmi əsaslarla, qanunlara uyğun şəkildə yetişdirməkdir".
Tədbirdə çıxış edən tələbələr Azərbaycan dövlətinin gənclərə diqqət və qayğısının peşəkar mütəxəssislərin yetişdirilməsində mühüm rol oynadığını bildiriblər.
Çıxışlardan sonra institutu yüksək göstəricilərlə başa vurmuş məzunların təltif edilməsi mərasimi keçirilib və bədii proqram təqdim olunub.
"Məzun günü" proqramı çərçivəsində "İslam incəsənəti dərnəyi" sərgisi nümayiş olunub, Aİİ-nin müəllim və tələbələrindən ibarət özfəaliyyət kollektivinin ifasında musiqi proqramı təqdim edilib. I kurs tələbəsi Elvin Qurbanov tərəfindən Quran tilavəti səsləndirilib.
Xatırladaq ki, bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 24 illiyi də qeyd olunur.







Oxşar -Yeniinfo.az
Sinir yorğunluğu və tükənməsinin əlamətləri
Rusiyada azərbaycanlını qatar vuraraq öldürüb
Günəşdə son ayların ən güclü partlayışı baş verdi
Utilizasiya proqramından gözləntilər nələrdir?
Yerin 500 milyon illik sirri açıldı
Bakıda avtobus qəza törədib obyektə çırpıldı
Kosmosdan gələn naməlum zərbə
Yuxunun keyfiyyətinə təsir edən AĞLAGƏLMƏZ AMİL