Azərbaycan nefti bahalaşıb
Azərbaycan nefti bahalaşıb
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,86 ABŞ dolları, yaxud 1,18 % artaraq 73,35 ABŞ dolları təşkil edib.
Hərracların nəticələrinə görə, “Brent” markalı neftin avqust fyuçerslərinin qiyməti 68,08 ABŞ dolları təşkil edib.
Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,84 ABŞ dolları və ya 1,18 % artaraq 72,01 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.







Oxşar -Yeniinfo.az
Sinir yorğunluğu və tükənməsinin əlamətləri
Rusiyada azərbaycanlını qatar vuraraq öldürüb
Günəşdə son ayların ən güclü partlayışı baş verdi
Utilizasiya proqramından gözləntilər nələrdir?
Yerin 500 milyon illik sirri açıldı
Bakıda avtobus qəza törədib obyektə çırpıldı
Kosmosdan gələn naməlum zərbə
Yuxunun keyfiyyətinə təsir edən AĞLAGƏLMƏZ AMİL