Azərbaycan və Böyük Britaniya gələcək tərəfdaşlıq imkanlarını müzakirə edib
Azərbaycan və Böyük Britaniya gələcək tərəfdaşlıq imkanlarını müzakirə edib
Azərbaycan və Böyük Britaniya arasında gələcək tərəfdaşlıq imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb.
Bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, nazirin I müavini Anar Kərimov ölkəmizdə səfərdə olan Böyük Britaniyanın Biznes və Ticarət Nazirliyinin ölkə üzrə direktoru Aleksandr Tirelin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib. Görüşdə iki ölkə arasında iqtisadi və maliyyə sahəsində əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri, eləcə də cari ilin aprel ayında Londonda keçirilmiş Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 7-ci iclasının Protokolunda nəzərdə tutulan müddəaların icrası müzakirə edilib.
Görüş zamanı investisiyaların təşviqi, vergi və gömrük sahəsində əməkdaşlıq, kənd təsərrüfatı və qida təhlükəsizliyi üzrə qabaqcıl texnologiyaların tətbiqi, o cümlədən biznes dairələri arasında daha sıx əlaqələrin qurulması imkanları diqqət mərkəzində olub. Həmçinin, rəqəmsal transformasiya, maliyyə texnologiyaları və peşəkar xidmətlər sahəsində təcrübə mübadiləsi məsələlərinə toxunulub.
A.Kərimov qeyd edib ki, iqtisadi modernləşdirmə və şaxələndirmə Azərbaycanın uzunmüddətli inkişaf prioritetləri sırasındadır və Böyük Britaniya ilə bu sahədə əməkdaşlıq ölkənin yeni çağırışlara uyğunlaşmasına əlavə imkanlar yaradır.
Öz növbəsində, A.Tirel birgə layihələr və təşəbbüslərin vacibliyini vurğulayaraq ikitərəfli münasibətlərin inkişafında Hökumətlərarası Komissiyanın mühüm rolunu qeyd edib.







Oxşar -Yeniinfo.az
Əlcəzair Prezidenti Əbdülməcid Tebbune nazir Ceyhun Bayramovu qəbul edib
BMT-də Azərbaycanın ayrı-seçkiliyin bütün formalarına qarşı mübarizəsindən danışılıb
“Yaxın bir neçə ay ərzində bizə çox yaxşı xəbərlər gələcək”
Sabiq baş nazir Heydər Əliyevin Fransa səfərindən danışdı: "Sanki ermənilərin başına daş yağdı"
Moskva və Bakı elektron nəqliyyat qaimələri üzrə pilot layihənin işə salınmasını müzakirə edir
Azərbaycan və Belarus XİN-ləri arasında konsulluq məsləhətləşmələri keçirilib
Azərbaycan və Özbəkistan strateji tərəfdaşlığı gücləndirməyə razılaşıblar
Qazaxıstan nəqliyyat dəhlizlərinin inkişafına 23 milyard dollardan çox vəsait yönəldəcək