Telefon
WhatsApp
Azərbaycanlı şahmatçı Nakamuraya qalib gəlməsinin təsadüfi olmadığını sübut etdi
300 X 250 Reklam Alanı

Həyat çox qəribədi. Soruşun niyə?
Deməli Londonda keçirilən blits üzrə dünya çempionatında həmyerlimiz Xaqan Əhmədin qələbəsi gündəm olub. 5-ci turda 2290 FIDE reytinqinə sahib Xaqan Əhməd dünya reytinqində ikinci olan Hikaru Nakamuraya (ABŞ, 2804) qalib gəlməklə diqqətə səbəb olub. Eyni gündə blits yarışında 13 oyundan doqquzunda rəqibləri üstələyən azərbaycanlı şahmatçı qələbələrinin təsadüfi olmadığını sübut edib.
Qəribəlik isə budur. Təsəvvür edin, böyük yarışlarda Hikaru Nakamuranın partiyalarını internetdən izləməklə şahmata daha çox bağlanırsan. Və 13 yaşında Hikaruya qarşı oynamaq şansı qazanaraq onu məğlub edirsən.
Paylaşdığım fotoya diqqətlə baxın. Əl hərəkətləri insanın vəziyyətini, düşündüyünü göstərir. Hikaru məcburiyyətdən əlini uzadaraq təslim olduğunu etiraf edir. Xaqanın baxışı isə ayrıca dünyadır. Sanki nə etdiyinə inanmır.
Fotoda mərkəzdə hamı şokdadı. Sağda qadın sevincini üzünü tutmaqla boğmağa çalışır. Solda şahmat üzrə Azərbaycan çempionu Rauf Məmmədovun rahat şəkildə oyunu izləməsi. Dünya çempionatında digər komandada çıxış edən Raufun rəqib heyətdə təmsil olunan azərbaycanlının yanında olması möhtəşəmdi.
Əziz Xaqan, bu sadəcə başlanğıc olsun.
#azechess #xaganahmad

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

300 X 250 Reklam Alanı

Reklam

300 X 250 Reklam Alanı

Valyuta Məzənnəsi

Yüklənir...
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150