Bakı Ekspo Mərkəzində 6-cı dəfə “Yerli şirkətlərin tanıtım sərgisi” keçiriləcək.
“Yerli şirkətlərin tanıtım sərgisi” keçiriləcək.
İyunun 18-21-də Bakı Ekspo Mərkəzində 6-cı dəfə “Yerli şirkətlərin tanıtım sərgisi” keçiriləcək.
İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) istinadən xəbər verir ki, sərgidə qida, İKT, təhsil, inşaat, sənaye, kənd təsərrüfatı, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 300-ə yaxın yerli şirkət öz məhsul və xidmətlərini nümayiş edəcək.
Bu, sərginin keçirildiyi illər ərzində ən çox sayda yerli şirkətin bir araya gəldiyi tədbir olacaq.
Sərginin məqsədi Azərbaycan şirkətlərinin fəaliyyətini geniş kütləyə tanıtmaq, onlar üçün yeni bazarlar açmaq və şirkətlər arasında qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməkdir. Ziyarətçilər sərgidə müxtəlif sektorlarda fəaliyyət göstərən şirkətlərin yeni məhsul və xidmətləri ilə ilk dəfə tanış ola biləcəklər. Nüfuzlu şirkətlərin təchizat zəncirində iştirak imkanlarının genişləndirilməsi və yeni əməkdaşlıqların qurulması üçün bu il sərgi çərçivəsində mikro və kiçik sahibkarların iri şirkətlərin rəhbərləri ilə görüşləri təşkil olunacaq.
Builki sərginin tərəfdaşları Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi, Dövlət Reklam Agentliyi və "İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası" (İCMA) İctimai Birliyidir.
Oxşar -Yeniinfo.az
Tacikistan Azərbaycanla birgə hidroenerji layihələrinin həyata keçirilməsinə hazırdır
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
QMİ Məhərrəm ayının başlaması ilə bağlı fətva verib
AZAL Ürgəncə müntəzəm uçuşları bərpa edir
Qazaxıstan və Azərbaycan iqtisadi əməkdaşlığı genişləndirirlər
525 nömrəli marşrutda Çin istehsalı olan 10 avtobus istismara verilib
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Prokurorluq işçilərinin qulluqda olma yaş həddinin artırılması təklifi ilk oxunuşda qəbul edilib