Bakı Metropolitenində yeniliklərin planlaşdırılmasında Türkiyə təcrübəsindən istifadə ediləcək
Bakı Metropolitenində yeniliklərin planlaşdırılmasında Türkiyə təcrübəsindən istifadə ediləcək
22–25 iyun 2025-ci il tarixlərində AZCON Holding-in şirkətlərindən olan "Bakı Metropoliteni" QSC-nin nümayəndə heyəti Türkiyənin paytaxtı Ankara şəhərində işgüzar səfərdə olub.
Bu barədə "Yeniinfo"a QSC-dən bildirilib.
Səfər “2025-2030-cu illər üçün Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair Dövlət Proqramı” çərçivəsində qarşıya qoyulan hədəflərin icrası məqsədilə həyata keçirilib.
Səfər zamanı Ankara Metrosunun rəhbər şəxsləri ilə görüşlər keçirilib, dispetçer mərkəzi, stansiyalar və vaqon parkında baxış təşkil olunub, idarəetmə sistemləri, sərnişin axını və texniki yeniliklər müzakirə edilib.
Nümayəndə heyəti, həmçinin Çin Xalq Respublikasının vaqon istehsalı üzrə ixtisaslaşmış CRRC şirkətinin Ankaradakı istehsalat müəssisəsində olub. Burada vaqonların texniki göstəriciləri, istehsal və təmir prosesi ilə yerində tanışlıq baş tutub.
Ankara səfərində əldə olunan bilik və təcrübələr Bakı Metropolitenində tətbiq ediləcək yeniliklərin planlaşdırılmasına töhfə verəcək.







Oxşar -Yeniinfo.az
Sinir yorğunluğu və tükənməsinin əlamətləri
Rusiyada azərbaycanlını qatar vuraraq öldürüb
Günəşdə son ayların ən güclü partlayışı baş verdi
Utilizasiya proqramından gözləntilər nələrdir?
Yerin 500 milyon illik sirri açıldı
Bakıda avtobus qəza törədib obyektə çırpıldı
Kosmosdan gələn naməlum zərbə
Yuxunun keyfiyyətinə təsir edən AĞLAGƏLMƏZ AMİL