Telefon
WhatsApp
Barat Yusubov: Sağlamlıq Sistemində Humanizm və İnkişafın Simvolu
300 X 250 Reklam Alanı

Müasir səhiyyə sistemində peşəkarlıqla yanaşı, insanlara qarşı diqqət və qayğı da xüsusi önəm daşıyır. Yeni Klinikanın direktoru Barat Yusubov bu dəyərləri fəaliyyətində əsas prinsip kimi qəbul edən nümunəvi rəhbərlərdən biridir. Onun rəhbərliyi ilə klinika həm texniki yenilənmələr, həm də pasiyent məmnuniyyəti baxımından mühüm irəliləyişlərə nail olub.

Barat Yusubovun səhiyyə sahəsindəki peşəkar fəaliyyəti uzun illərə dayanır. Tibbi idarəetmə üzrə geniş təcrübəyə malik olan direktor, Yeni Klinikada vəzifəyə başladığı gündən etibarən bir sıra yeniliklərə imza atıb. Klinikanın avadanlıqları müasir tələblərə uyğun yenilənib, tibbi heyətin təlim və inkişaf proqramlarına xüsusi önəm verilib. Bu dəyişikliklər nəticəsində klinikaya müraciət edən pasiyentlərin sayı artıb, göstərilən xidmətlərin keyfiyyəti yüksəlib.

Ən diqqətəlayiq məqamlardan biri isə Barat Yusubovun insanlara qarşı göstərdiyi səmimi və xeyirxah münasibətdir. Klinikada mütəmadi olaraq aztəminatlı ailələr üçün tibbi yardım kampaniyaları təşkil edilir. O, ehtiyacı olan şəxslərə dəstək göstərməkdən çəkinmir və sosial məsuliyyəti daim diqqətdə saxlayır. Həm əməkdaşlar, həm də pasiyentlər onun mehriban və ədalətli münasibətini yüksək qiymətləndirirlər.

Barat Yusubovun rəhbərliyi altında Yeni Klinika təkcə səhiyyə ocağı deyil, eyni zamanda ümid, şəfa və humanizm ünvanına çevrilib. Onun gördüyü işlər, liderlik bacarığı və insanlara olan bağlılığı Azərbaycanın səhiyyə sahəsinə verdiyi töhfələr kimi tarixə düşür.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

300 X 250 Reklam Alanı

Reklam

300 X 250 Reklam Alanı

Valyuta Məzənnəsi

Yüklənir...
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150