Baş nazir: "Regionda açılacaq yeni marşrut Orta Dəhlizin mühüm seqmentlərindən birinə çevriləcək"
Baş nazir: "Regionda açılacaq yeni marşrut Orta Dəhlizin mühüm seqmentlərindən birinə çevriləcək"
"Azərbaycanla Ermənistan arasında sülh gündəliyi üzrə əldə edilmiş razılaşmalar regionda davamlı əməkdaşlığın təmin olunması baxımından tarixi əhəmiyyət kəsb edir".
Bunu Azərbaycanın Baş naziri Əli Əsədov 5-ci Tbilisi İpək Yolu Forumunun açılış mərasimində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bölgədə kommunikasiyaların açılması, o cümlədən Azərbaycanın əsas ərazisinin ölkənin ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə birləşməsi beynəlxalq yükdaşımalar üçün regionun tranzit imkanlarının genişlənməsinə xidmət edəcək.
Baş nazir əminliklə bildirib ki, avqustun 8-də Vaşinqtonda əldə edilmiş razılaşmalara əsasən regionda açılacaq yeni marşrut Orta Dəhlizin mühüm seqmentlərindən birinə çevriləcək və onun qlobal nəqliyyat şəbəkəsində rolunun artmasına töhfə verəcək.
Ə.Əsədov qeyd edib ki, Azərbaycan regionda əməkdaşlığın və etimad mühitinin bərpasına sadiqliyini nümayiş etdirməyə davam edir:
"Azərbaycan tərəfi Ermənistan istiqamətində yük tranziti ilə bağlı işğal dövründən qalan bütün məhdudiyyətləri aradan qaldırmaqla bu istiqamətdə mühüm töhfə verib. Qazaxıstan taxılının Azərbaycan üzərindən Ermənistana daşınması bu baxımdan atılmış ilk praktiki addımdır. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, bu, sülhün artıq yalnız sənədlərdə deyil, real həyatda da tətbiq olunduğunu göstərir".







Oxşar -Yeniinfo.az
“Yaxın bir neçə ay ərzində bizə çox yaxşı xəbərlər gələcək”
Sabiq baş nazir Heydər Əliyevin Fransa səfərindən danışdı: "Sanki ermənilərin başına daş yağdı"
Moskva və Bakı elektron nəqliyyat qaimələri üzrə pilot layihənin işə salınmasını müzakirə edir
Azərbaycan və Belarus XİN-ləri arasında konsulluq məsləhətləşmələri keçirilib
Azərbaycan və Özbəkistan strateji tərəfdaşlığı gücləndirməyə razılaşıblar
Qazaxıstan nəqliyyat dəhlizlərinin inkişafına 23 milyard dollardan çox vəsait yönəldəcək
Azərbaycanın tranzitlə bağlı qərarına qarşılıq olaraq Ermənistan müvafiq addımlar atacaq
Paşinyan Türkiyə yük maşınlarının Ermənistandan Azərbaycana gedə biləcəyi marşrutu açıqlayıb