BMT-də Azərbaycanın antiterror təşəbbüsləri təqdim olunub
BMT-də Azərbaycanın antiterror təşəbbüsləri təqdim olunub
Azərbaycan BMT yanında daimi nümayəndəsi, səfir Tofiq Musayev təşkilatın Baş Assambleyasının 80-ci sessiyasının altıncı komitəsində "Beynəlxalq terrorizmin aradan qaldırılması tədbirləri" adlı sessiyada çıxış edib.
Səfir Azərbaycanın beynəlxalq terrorizmə qarşı qlobal səylərə verdiyi töhfədən, mövcud təşəbbüslərindən və bu sahədə beynəlxalq əməkdaşlığın vacibliyindən danışıb:
"Azərbaycan qlobal antiterror səylərinə fəal qoşulub və beynəlxalq əməkdaşlığın gücləndirilməsinə böyük əhəmiyyət verir. Biz hesab edirik ki, terrorizmə qarşı mübarizə yalnız birgə səylər nəticəsində mümkün ola bilər".
T.Musayev çıxışında 2023-cü ildə təsis olunan Bakı Təhlükəsizlik Forumu və onun iş fəaliyyəti barəsində üzv ölkələrin nümayəndələrinə məlumat verib. O bildirib ki, forum dünyanın müxtəlif regionlarından təhlükəsizlik və kəşfiyyat qurumlarının nümayəndələrini bir araya gətirərək, terrorizmə qarşı mübarizədə təcrübə mübadiləsini və əməkdaşlığı təşviq edir:
"Bakı Təhlükəsizlik Forumu artıq beynəlxalq əməkdaşlıq üçün mühüm platformaya çevrilib. Burada müxtəlif ölkələrdən nümayəndələr bir araya gələrək, terrorizmlə mübarizədə koordinasiyanı gücləndirmək üçün fikir mübadiləsi aparırlar".
Səfir, həmçinin Azərbaycanın uzun illər ərzində xaricdən yönəldilən terror fəaliyyəti və işğal dövründə ərazilərində baş verən qanunsuz əməliyyatlarla üz-üzə qaldığını xatırladıb:
"Azərbaycan uzun müddət ərzində xarici qüvvələr tərəfindən təşkil olunan terror aktlarına və işğal altında olan ərazilərində baş verən qanunsuz silah və resurs ticarətinə məruz qalıb. Bu, beynəlxalq ictimaiyyətin birgə səylərini tələb edən məsələdir".
Diplomat vurğulayıb ki, terrorçulara amnistiya və ya himayədarlıq hallarına yol verilməməli, radikallaşma və nifrət zəminində yaranan ekstremizmə qarşı təhsil və dialoq vasitəsilə mübarizə aparılmalıdır:
"Terrorçulara münasibətdə cəzasızlıq halları yolverilməzdir. Biz gənclərin sülh, tolerantlıq və qarşılıqlı anlaşma ruhunda tərbiyəsini gücləndirməliyik ki, radikallaşmaya qarşı davamlı immunitet formalaşsın".
Sonda səfir qeyd edib ki, Azərbaycan beynəlxalq terrorizmin bütün formalarına qarşı mübarizəni, eləcə də cinayətkarların məsuliyyətə cəlb olunması, beynəlxalq hüquqi mexanizmlərin və əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün səylərini davam etdirəcək.







Oxşar -Yeniinfo.az
Əlcəzair Prezidenti Əbdülməcid Tebbune nazir Ceyhun Bayramovu qəbul edib
BMT-də Azərbaycanın ayrı-seçkiliyin bütün formalarına qarşı mübarizəsindən danışılıb
“Yaxın bir neçə ay ərzində bizə çox yaxşı xəbərlər gələcək”
Sabiq baş nazir Heydər Əliyevin Fransa səfərindən danışdı: "Sanki ermənilərin başına daş yağdı"
Moskva və Bakı elektron nəqliyyat qaimələri üzrə pilot layihənin işə salınmasını müzakirə edir
Azərbaycan və Belarus XİN-ləri arasında konsulluq məsləhətləşmələri keçirilib
Azərbaycan və Özbəkistan strateji tərəfdaşlığı gücləndirməyə razılaşıblar
Qazaxıstan nəqliyyat dəhlizlərinin inkişafına 23 milyard dollardan çox vəsait yönəldəcək