BMT-də Azərbaycanın ayrı-seçkiliyin bütün formalarına qarşı mübarizəsindən danışılıb
BMT-də Azərbaycanın ayrı-seçkiliyin bütün formalarına qarşı mübarizəsindən danışılıb
"Azərbaycan Respublikasının Konstitusiyası ayrı-seçkiliyi qəti şəkildə qadağan edir və bütün şəxslərin bərabər hüquq və azadlıqlarını təmin edir".
Bunu Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin birinci katibi Şəhriyar Hacıyev BMT Baş Assambleyasının 80-ci sessiyasının üçüncü komitəsinin iclasında müasir irqçilik formaları üzrə xüsusi məruzəçi ilə interaktiv dialoq zamanı bildirib.
Birinci katib bildirib ki, mədəni müxtəlifliyin təşviqi və qorunması müxtəlif mədəniyyətlər arasında anlaşma və körpülərin qurulması istiqamətində səylərlə yanaşı, irqçilik, irqi ayrı-seçkilik, ksenofobiya və əlaqəli dözümsüzlüyə qarşı mübarizədə mühüm rol oynaya bilər.
O qeyd edib ki, dövlətlər irqi ayrı-seçkiliyi təşviq və təhrik edən təşkilatları açıq şəkildə qınamalı və qadağan etməlidir.
"Azərbaycan öz ərazisində yaşayan bütün şəxslərin irqi, rəng, mənşə, milli və ya etnik mənsubiyyətindən asılı olmayaraq, hüquq və ləyaqətini dəstəkləməyə sadiqdir və irqi ayrı-seçkiliyin bütün formalarının və təzahürlərinin aradan qaldırılması istiqamətində həm milli, həm də qlobal səviyyədə səylərini davam etdirəcək", - deyə Ş.Hacıyev bildirib.







Oxşar -Yeniinfo.az
Əlcəzair Prezidenti Əbdülməcid Tebbune nazir Ceyhun Bayramovu qəbul edib
BMT-də Azərbaycanın ayrı-seçkiliyin bütün formalarına qarşı mübarizəsindən danışılıb
“Yaxın bir neçə ay ərzində bizə çox yaxşı xəbərlər gələcək”
Sabiq baş nazir Heydər Əliyevin Fransa səfərindən danışdı: "Sanki ermənilərin başına daş yağdı"
Moskva və Bakı elektron nəqliyyat qaimələri üzrə pilot layihənin işə salınmasını müzakirə edir
Azərbaycan və Belarus XİN-ləri arasında konsulluq məsləhətləşmələri keçirilib
Azərbaycan və Özbəkistan strateji tərəfdaşlığı gücləndirməyə razılaşıblar
Qazaxıstan nəqliyyat dəhlizlərinin inkişafına 23 milyard dollardan çox vəsait yönəldəcək