Telefon
WhatsApp
BMT-nin xüsusi nümayəndəsi Azərbaycana gələcək
300 X 250 Reklam Alanı

BMT-nin hakimlər və vəkillər üzrə xüsusi nümayəndəsi Azərbaycana gələcək.

 

Bu barədə Azərbaycan Hakimlər İttifaqı məlumat yayıb.

 

Bildirilib ki, 11-17 oktyabr tarixlərində Bakı şəhəri Beynəlxalq Hakimlər Assosiasiyasının (IAJ) 67-ci Baş Assambleyasına ev sahibliyi edəcək. Bu mötəbər tədbirə 71 ölkədən 300-ə yaxın hakim, beynəlxalq təşkilat nümayəndələri və hüquqşünaslar qatılacaq.

 

Tədbir çərçivəsində BMT-nin hakimlərin və vəkillərin müstəqilliyi üzrə xüsusi nümayəndəsi Margaret Satterhwaite də Bakıya səfər edəcək. Onun iştirakı məhkəmə hakimiyyəti və digər hakimiyyət qolları arasındakı münasibətlər mövzusunda keçiriləcək beynəlxalq konfransda qanunun aliliyinin təmin olunmasında məhkəmələrin rolunun müzakirəsinə xüsusi önəm verəcək.

 

2025-ci ildə Bakıda keçiriləcək Baş Assambleya çərçivəsində həmçinin qurumun idarəetmə orqanlarına seçkilər aparılacaq və yeni prezident müəyyən ediləcək.

 

Qeyd edək ki, Azərbaycan Hakimlər İttifaqı 2009-cu ildən Beynəlxalq Hakimlər Assosiasiyasının üzvüdür. Assosiasiya insan hüquqları və məhkəmə müstəqilliyinin qorunması istiqamətində mühüm addımlar atır.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

300 X 250 Reklam Alanı

Reklam

300 X 250 Reklam Alanı

Valyuta Məzənnəsi

Yüklənir...
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150