Telefon
WhatsApp
Britaniyadan casuslarla bağlı Çinə jest
300 X 250 Reklam Alanı

Britaniya hakimiyyət orqanları Çinlə yaxşı ticarət və diplomatik münasibətləri saxlamaq məqsədilə bu ölkə üçün casusluqda şübhəli bilinən şəxslərin təqibindən imtina ediblər.

Bu barədə "Financial Times" mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, ölkə Prokurorluğu iki britaniyalıya qarşı Çinin xeyrinə Rəsmi Sirrlər Qanununu pozduqları üçün ittihamları ləğv edib. Bu iş 2024-cü ilin aprelində açılıb.

Kristofer Berri və Kristofer Keşə 28 dekabr 2021-ci il və 3 fevral 2023-cü il tarixləri arasında "dövlətin təhlükəsizliyinə və ya maraqlarına xələl gətirən məqsədlər üçün" maddəsi ilə ittiham irəli sürülüb.

FT-nin məlumatına görə, Böyük Britaniya baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Metyu Kollinz məhkəmədə Çini "düşmən" adlandırmaqdan imtina etdikdən sonra işə xitam verilib. Nəşr dəqiqləşdirib ki, ittihamlar Britaniya hökumətinin xarici siyasət komandasının Pekinlə yaxşı münasibətlər saxlamaq istəyi səbəbindən ləğv edilib.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

300 X 250 Reklam Alanı

Reklam

300 X 250 Reklam Alanı

Valyuta Məzənnəsi

Yüklənir...
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150