Telefon
WhatsApp
Bu tarixdə buzlaqlar tam əriyəcək
300 X 250 Reklam Alanı

ABŞ Milli Aviasiya və Kosmos İdarəsinin (NASA) məlumatlarına görə, qlobal istiləşmə nəticəsində dəniz və hava temperaturu yüksəlir.

Temperaturun artması səbəbindən böyük miqdarda şirin su ehtiyatı saxlayan buzlaqlar sürətlə əriyir. Dünyanın ən böyük buz kütlələrindən olan Antarktida hər il orta hesabla 135 milyard ton, Qrenlandiya isə təxminən 266 milyard ton buz itirir.

Sürix Federal Texnologiya İnstitutunun İnşaat, Ətraf Mühit və Xəritə Mühəndisliyi fakültəsinin müəllimi Dr. Matias Huss buzluların əriməsi ilə bağlı kritik hədləri və qlobal istiləşmənin sürətlənən ərimələrə təsirini dəyərləndirib.

O bildirib ki, dünyanın buz örtüyündə baş verən dəyişikliklərin əsas səbəbi birbaşa iqlim şəraiti ilə əlaqəlidir və son əsrdə müşahidə olunan dəyişikliklərin başlıca səbəbi insan fəaliyyəti nəticəsində artan istiləşmədir.

Dünya miqyasında buzlaqların ərimə sürəti 2010–2020-ci illərdə əvvəlki onillik dövrlə müqayisədə təxminən 36 faiz artıb.

Hussa görə, Avropa Alp dağları, Qafqaz və Rokki dağları kimi nisbətən kiçik buzlaqlara malik bölgələrin daha sürətli buz itkisi yaşadığına diqqət çəkərək bildirib:

“Ümumi buz itkisinə görə Alyaska və Patagoniya kimi bölgələr ən kritik vəziyyətdədir. Ümumilikdə, hazırda dünyadakı bütün buzlaqların buz itirdiyini söyləyə bilərik. Qrenlandiya və Antarktidadakı buz təbəqələri istisna olmaqla, 2000-ci illər ətrafında dünya üzrə təxminən 700 min kvadratkilometr buzluluq sahəsi və ümumilikdə təxminən 160 min kubkilometr buz həcmi mövcud idi. Bu göstəricilər bu gün 5–10 faiz azalsa da, hazırda dünya üzrə dəqiq qlobal qiymətləndirmə yoxdur.”

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

300 X 250 Reklam Alanı

Reklam

300 X 250 Reklam Alanı

Valyuta Məzənnəsi

Yüklənir...
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150