Telefon
WhatsApp
Çində asma körpüdə qəza baş verib
300 X 250 Reklam Alanı

 

 

Çinin şimal-qərbində yerləşən Sincan-Uyğur Muxtar Rayonunda turistlər üçün nəzərdə tutulan asma körpüdə baş verən qəza nəticəsində 5 nəfər həyatını itirib, 24 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

 

Bu barədə məlumatı İli-Kazax Muxtar Dairəsinin Kommunist Partiyası Komitəsinin Təbliğat Şöbəsi yayıb.

 

"WeChat" sosial şəbəkəsində yayılan açıqlamaya əsasən, hadisə yerli vaxtla saat 18:18-də Çzaosu rayonunun Monqolkürə bölgəsində qeydə alınıb.

 

Qəzanın səbəbi asma körpünü saxlayan troslardan birinin qırılması olub. Nəticədə körpü əyilib və üzərində olan insanlar yerə düşüblər.

 

Xəsarət alanlar dərhal xəstəxanaya çatdırılıb, onların həyatına təhlükə olmadığı bildirilir. Hadisənin baş verdiyi turizm zonasında fəaliyyət müvəqqəti olaraq dayandırılıb. Hazırda hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

300 X 250 Reklam Alanı

Reklam

300 X 250 Reklam Alanı

Valyuta Məzənnəsi

Yüklənir...
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150