Çində uçan avtomobillərin istehsalına start verilib
Çində uçan avtomobillərin istehsalına start verilib
Çinin elektromobil istehsalçısı "XPeng" ölkənin şimalındakı zavodunda uçan avtomobillərin sınaq istehsalına başlayıb.
Bu barədə məlumatı "Sinxua" agentliyi yayıb.
"Çinin elektromobil istehsalçısı "XPeng"in uçan avtomobillər istehsalı üzrə "XPeng Aeroht" bölməsi dünyada ilk intellektual seriyalı avtomobilqayırma zavodunda şaquli qalxma-enmə funksiyaları olan, elektriklə işləyən uçuş aparatları ilə təchiz edilmiş avtomobillərin sınaq istehsalına başlanılıb", - deyə məlumatda deyilir.
Qeyd edilir ki, Çinin cənubunda, Quandun əyalətinin Quançjou şəhərində yerləşən və ərazisi 120 min kvadratmetr olan zavod artıq "Land Aircraft Carrier" modul avtomobilinin elektriklə işləyən və çıxarıla bilən uçuş aparatını istehsal edib.
Quançjoudakı zavodun layihədə nəzərdə tutulmuş ümumi istehsal gücü ildə 10 000 çıxarıla bilən aviasiya moduludur, lakin ilkin mərhələdə yalnız 5 min belə uçuş aparatının istehsalı nəzərdə tutulub. Bildirilir ki, zavod tam gücü ilə işləyən zaman hər yarım saatda bir uçuş aparatı yığa biləcək.







Oxşar -Yeniinfo.az
Noyabrın 5-də gözlənilən hava şəraiti
Çində uçan avtomobillərin istehsalına start verilib
Şok: Bu şəhərlər su altında qala bilər - Tarix açıqlandı
Nyu Yorkda yaşayan azərbaycanlılara şad xəbər
Şimali Koreya qüvvələri Pentaqonun rəhbərini raketlərlə "qarşılayıb"
ABŞ-nin hava məkanı tamamilə bağlana bilər
İtaliya Ukraynaya yeni hərbi yardım ayıracaq
Kamçatkada sutka ərzində 60-a yaxın zəlzələ qeydə alınıb