Telefon
WhatsApp
Dünya Bankı Azərbaycanda layihəyə qrant ayırıb
300 X 250 Reklam Alanı

Azərbaycan Dünya Bankından "Yaşanılabilən Bakı" layihəsi üçün qrant əldə edib.

 

Bu barədə Dünya Bankına istinadən xəbər verir. Məlumata görə, qrant vəsaitinin bir hissəsi Abşeron tullantı bölgəsində bərk məişət tullantılarının vahid idarə olunması üzrə texniki-iqtisadi əsaslandırmanın hazırlanmasına yönəldiləcək.

 

Layihə çərçivəsində məsləhətçi mövcud ilkin texniki-iqtisadi əsaslandırmanı nəzərdən keçirəcək, yeni məlumatları toplayacaq və təkmilləşdirilmiş əsaslandırma təqdim edəcək. İşlərə baza göstəricilərinin yenilənməsi, investisiya təkliflərinin hazırlanması, maliyyə və iqtisadi təhlillərin aparılması, konseptual layihənin və tender sənədlərinin hazırlanması daxildir.

 

Tapşırığın ümumi müddəti müqavilə imzalandıqdan sonra 6 ay təşkil edir və icrasına 2025-ci ilin noyabr ayında başlanılması planlaşdırılır. Layihənin ehtimal olunan ümumi dəyəri 505 min ABŞ dollarıdır.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

300 X 250 Reklam Alanı

Reklam

300 X 250 Reklam Alanı

Valyuta Məzənnəsi

Yüklənir...
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150