Telefon
WhatsApp
Elşad Nəsirov:
300 X 250 Reklam Alanı

"Bu gün bütün ərazisində suverenliyini tam bərpa etmiş Azərbaycanın Konstitusiyasının yenidən təkmilləşdirilməsi istiqamətində müəyyən zərurətlər meydana çıxıb".

 

Bunu Milli Məclisdə Dövlət Suverenliyi Gününə həsr edilən konfransda çıxışı zamanı Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisi Elşad Nəsirov deyib.

 

O bildirib ki, Milli Məclis bu istiqamətdə ilk addımını atıb:

"Belə ki, iyun ayında Naxçıvan Muxtar Respublikası Konstitusiyasına dəyişikliklərin edilməsi ilə bağlı qanun layihəsini Azərbaycan Respublikasının Milli Məclisi ilk oxunuşda qəbul edib. Təbii ki, həmin qanun Naxçıvan Muxtar Respublikası Konstitusiyasının bir çox müddəalarını dəyişməklə muxtariyyətin statusunda müəyyən yenilənməni əks etdirib. Azərbaycan Respublikasının Konstitusiyasının bir fəsli bütövlükdə Naxçıvan Muxtar Respublikasının hüququ statusuna həsr olunub.

Konstitusiyaya görə, Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir. Müasir dövrdə Naxçıvan Muxtar Respublikasının hüquqi statusunun müəyyənləşdirmək, onun təhlükəsizliyinə təminat vermək Azərbaycan dövlətinin tam imkanları çərçivəsindədir. Naxçıvan Konstitusiyasında dəyişikliklər ediləcəksə, istər-istəməz Azərbaycan Respublikasının Konstitusiyasında da müvafiq dəyişiklərin edilməsi zərurəti meydana çıxacaq".

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

300 X 250 Reklam Alanı

Reklam

300 X 250 Reklam Alanı

Valyuta Məzənnəsi

Yüklənir...
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150