FHN-in əməkdaşları qol güləşi üzrə Dünya çempionatına vəsiqə qazanıblar
FHN-in əməkdaşları qol güləşi üzrə Dünya çempionatına vəsiqə qazanıblar
2-3 avqust 2025-ci il tarixlərində Abşeron Olimpiya Kompleksində Gənclər və İdman Nazirliyi, Azərbaycan Bodibildinq və Fitnes Federasiyasının birgə təşkilatçılığı ilə şəhidlərin əziz xatirəsinə həsr olunmuş qol güləşi üzrə yeniyetmələr, gənclər, böyüklər, usta və veteranlar arasında ölkə kuboku keçirilib.
FHN-in Mətbuat xidmətindən məlumat verilib.
Çempionatda respublikanın müxtəlif şəhər, rayon və idman cəmiyyətlərindən müxtəlif çəki dərəcələri üzrə 500-ə yaxın idmançı əzmkar mübarizə apararaq öz qüvvələrini sınayıblar. Yarışda iştirak edən FHN-in qol güləşi üzrə komandasının üzvləri yüksək nailiyyətlər əldə etməyi bacarıblar. Belə ki, FHN-in İdman-sağlamlıq klubunun əməkdaşı mayor Rəşad Kəsəmənli 63 kq çəki dərəcəsində sağ və sol qol üzrə keçirdiyi görüşlərdə bütün rəqiblərinə qalib gələrək qızıl medalın sahibi olub. Komandanın digər üzvləri – Sumqayıt Regional Mərkəzinin əməkdaşı mayor Rəşad Hacıyev 105 kq çəki dərəcəsində sol qol üzrə qızıl, sağ qol üzrə gümüş, Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı daxili xidmət çavuşu Sənan Şükürov isə 86 kq çəki dərəcəsində sol qol üzrə qızl medala yiyələnməyi bacarıblar.
Qaliblər Gənclər və İdman Nazirliyinin diplom və medalı ilə mükafatlandırılıblar.
5 avqust 2025-ci il tarixində FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev ölkə kubokunda nailiyyət qazanmış əməkdaşlarla görüşərək onları təbrik edib, gələcək yarışlarda uğurlar arzılayıb.
Qeyd edək ki, komandanın üç üzvü qol güləşi üzrə oktyabr ayında Bakıda keçiriləcək Dünya çempionatına vəsiqə qazanıb.







Oxşar -Yeniinfo.az
Noyabrın 5-də gözlənilən hava şəraiti
Çində uçan avtomobillərin istehsalına start verilib
Şok: Bu şəhərlər su altında qala bilər - Tarix açıqlandı
Nyu Yorkda yaşayan azərbaycanlılara şad xəbər
Şimali Koreya qüvvələri Pentaqonun rəhbərini raketlərlə "qarşılayıb"
ABŞ-nin hava məkanı tamamilə bağlana bilər
İtaliya Ukraynaya yeni hərbi yardım ayıracaq
Kamçatkada sutka ərzində 60-a yaxın zəlzələ qeydə alınıb