Telefon
WhatsApp
Görməni zəiflədən səhvlər nələrdir?
300 X 250 Reklam Alanı

 

Gündəlik həyatda yol verdiyimiz bəzi yanlış işıqlandırma vərdişləri həm gözlərin sağlamlığına, həm də yuxu rejiminə ciddi təsir göstərir.

Bu barədə Rusiyanın Perm Milli Tədqiqat Politexnik Universitetinin dosenti Lüdmila Vedeneyeva məlumat verib.

 

Mütəxəssisin sözlərinə görə, oxuma, yazı və monitor qarşısında iş zamanı yaranan görmə yüklənməsi, həmçinin zəif və kəskin dəyişən işıqlandırma göz yorğunluğuna və diqqət azalmasına səbəb olur. Bu zaman mətnlərdə səhvlər 25%-ə qədər artır.

 

Vedeneyeva düzgün işıqlandırma üçün "dimmer" adlı qurğudan istifadəni tövsiyə edir. Bu cihaz işığın parlaqlığını saniyədə 100 dəfə tənzimləyir və daha rahat işıq mühiti yaradır. Axşam saatlarında isə (18:00-20:00 arası) işıq səviyyəsi gündüz işığının 50-70%-nə qədər azaldılmalıdır.

 

"İşıq mənbələrinin düzgün yerləşdirilməsi də vacibdir - tavan lampası əvəzinə diffuz tavan işığı və iş masasına yönəldilmiş stolüstü lampa seçilməlidir. İşığın birbaşa gözə və ekrana düşməsi yolverilməzdir. Kompüter qarşısında çalışanlara monitor arxasına LED işıqlandırma quraşdırmaq və ekranı pəncərəyə perpendikulyar yerləşdirmək tövsiyə olunur", - deyə o bildirib.

 

Mütəxəssis, həmçinin qadcet ekranlarından yayılan mavi işığın axşam saatlarında melatonin hormonunun ifrazını azaltdığını və yuxu pozuntularına səbəb olduğunu vurğulayıb. Bu təsirin qarşısını almaq üçün mavi işığı filtrləyən eynəklər və ekran filtrlərindən istifadə tövsiyə olunur. Onlar zərərli işığın 70-90%-ni bloklaya bilir.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

300 X 250 Reklam Alanı

Reklam

300 X 250 Reklam Alanı

Valyuta Məzənnəsi

Yüklənir...
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150