Gələcəyin "Corvette" modeli nümayiş olundu
Gələcəyin "Corvette" modeli nümayiş olundu
Gələcəyin "Corvette" modeli nümayiş olundu.
"General Motors" konserninin Kaliforniyada yerləşən "Pasadena Advanced Design" dizayn studiyası gələcək "Chevrolet Corvette" layihəsini təqdim edib.
Yeni İnfo auto.ru-ya istinadən xəbər verir ki, bu, 10-cu nəsil "Corvette" modelinin necə görünə biləcəyi mövzusunda bir nümunədir.
Hazırda bazarda modelin səkkizinci nəsli mövcuddur. Dizaynerlərin fikrincə, növbəti mərhələdən sonra "Corvette" tam elektriklə işləyən hiperkar olacaq.
Yeni hiperkarın ölçüləri belədir: 2 767 millimetrlik təkər bazası ilə ümumi uzunluğu 4 669 mm, eni 2 184 mm, hündürlüyü isə cəmi 1 051 mm təşkil edir. Bu göstəricilərlə konsept model mövcud "Corvette C8"dən bir qədər uzun və xeyli daha alçaqdır.
Təkər disklərinin ölçüləri ön hissədə 21 düym, arxa hissədə isə 22 düymdür.







Oxşar -Yeniinfo.az
Rusiya və Çin eyni vaxtda ABŞ-a hücum etsə...
KİV: Şimali Koreya Rusiyaya minlərlə hərbçi göndərəcək
Brüsseldə iki hava limanı uçuşları dayandırdı
Noyabrın 5-də gözlənilən hava şəraiti
Çində uçan avtomobillərin istehsalına start verilib
Şok: Bu şəhərlər su altında qala bilər - Tarix açıqlandı
Nyu Yorkda yaşayan azərbaycanlılara şad xəbər
Şimali Koreya qüvvələri Pentaqonun rəhbərini raketlərlə "qarşılayıb"