Telefon
WhatsApp
Gələn həftə Türkiyə ilə Ermənistan ilk dəfə heyətlərarası görüş üçün bir araya gələcək
300 X 250 Reklam Alanı

Türkiyə-Ermənistan münasibətlərində daha bir mühüm mərhələ başlayır.

 

Türkiyənin NTV televiziya kanalına istinadən xəbər verir ki, Türkiyə ilə Ermənistan ilk dəfə heyətlərarası görüş üçün bir araya gəlir.

 

Səfərin gələn həftənin əvvəlində keçirilməsi planlaşdırılır. Diplomatik mənbələrdən əldə edilən məlumata görə, səfir Serdar Kılıçın rəhbərlik etdiyi heyətin Ermənistan tərəfinə Alican sərhəd-keçid məntəqəsindən keçərək getməsi gözlənilir.

 

İlk dəfə keçiriləcək heyətlərarası görüşdə Türkiyə-Ermənistan ikitərəfli münasibətlərinin normallaşdırılması üçün bəzi qərarların qəbul olunması və daha əvvəl qəbul edilmiş qərarların icraya qoyulması gündəmdə olacaq.

 

Keçmiş illərdə aparılmış beş ayrı görüşdə yük daşımaları, və hava uçuşlarının başlanması, sərhədlərin açılması üçün texniki və infrastruktur işlərinin həyata keçirilməsi barədə qərarlar qəbul edilmişdi.

 

Diplomatik pasport daşıyan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi ilə yanaşı, üçüncü ölkə vətəndaşlarının Türkiyə-Ermənistan sərhədindən keçməsinə icazə verilməsi məsələsində də razılıq əldə edilmişdi, lakin bu qərar hələ həyata keçirilməyib.

 

Səfərin ABŞ-Ermənistan və Azərbaycan arasında Zəngəzur dəhlizi ilə bağlı müqavilənin imzalanmasının ardından baş tutması da mühüm əhəmiyyət kəsb edir.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

300 X 250 Reklam Alanı

Reklam

300 X 250 Reklam Alanı

Valyuta Məzənnəsi

Yüklənir...
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150