Telefon
WhatsApp
Gələn il pensiyalar bu qədər artacaq
300 X 250 Reklam Alanı

Son illərdə Azərbaycanda pensiyaların hər il indeksləşdirilməsi ənənəvi hal alıb. Bu proses sosial təminat sisteminin sabitliyini qorumaq və inflyasiyanın pensiyaçılara təsirini minimuma endirmək məqsədi daşıyır. Bu baxımdan gələn il pensiyaların neçə faiz indeksləşdiriləcəyi və ümumilikdə nə qədər artımın olacağı maraq doğurur.

İqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, təqaüdlərin indeksləşdirilməsi qərarı Nazirlər Kabineti və ya Prezidentin fərmanı ilə qəbul olunur.

Ekspertin sözlərinə görə, son illər indeksləşdirmə orta aylıq maaşın artım tempinə uyğun şəkildə aparılır:

“Bu səbəbdən də dəqiq faiz demək çətindir. Amma çox güman ki, əgər indeksləşdirmə qərarı verilərsə, artım təxminən 8-10 faiz civarında ola bilər.

Yəni təxmini hesablasaq, 300 manat pensiya alan şəxsin təqaüdü 10 faiz indeksləşmə ilə 30 manat artacaq. 8 faizlə isə bu artım 24 manat təşkil edəcək".

Qeyd edək ki, pensiyaların indeksləşdirilməsi prosesi hər il iqtisadi göstəricilərin dəyişməsinə əsasən həyata keçirilir.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

300 X 250 Reklam Alanı

Reklam

300 X 250 Reklam Alanı

Valyuta Məzənnəsi

Yüklənir...
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150