Gənc oğlan idman zalında öldü
Gənc oğlan idman zalında öldü
Sumqayıtda gənc oğlan idman zalında ölüb.
Hadisə şahidləri bildiriblər ki, 22 yaşlı Adil Eyvazov məşq zamanı özünü narahat hiss edib və bir neçə dəqiqə sonra huşunu itirib.
Dərhal çağırılan təcili tibbi yardım briqadası hadisə yerinə gəlsə də, gəncin həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə, mərhum uzun illərdir taekvondo idman növü ilə məşğul olub. O, ölkədaxili və beynəlxalq turnirlərdə bir sıra uğurlara imza atıb, müxtəlif medallarla təltif edilib.
Taekvondo müəllimi İsa İsayev iddia edib ki, Adil Eyvazov müxtəlif yerlərdə məşqlər edib. Yalnız ötən gün mərkəzə məşq etmək üçün gəlibmiş.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Tibbi ekspertiza nəticəsinə əsasən, gənc idmançının ölüm səbəbi ürək çatışmazlığı olub.







Oxşar -Yeniinfo.az
Sinir yorğunluğu və tükənməsinin əlamətləri
Rusiyada azərbaycanlını qatar vuraraq öldürüb
Günəşdə son ayların ən güclü partlayışı baş verdi
Utilizasiya proqramından gözləntilər nələrdir?
Yerin 500 milyon illik sirri açıldı
Bakıda avtobus qəza törədib obyektə çırpıldı
Kosmosdan gələn naməlum zərbə
Yuxunun keyfiyyətinə təsir edən AĞLAGƏLMƏZ AMİL