Hansı hallarda yorğunluq ciddi xəstəliklərdən xəbər verir? - Rusiyalı həkimdən XƏBƏRDARLIQ
Hansı hallarda yorğunluq ciddi xəstəliklərdən xəbər verir? - Rusiyalı həkimdən XƏBƏRDARLIQ
Qısamüddətli yorğunluq normaldır. Bu cür yorğunluq istirahətdən sonra keçir və yuxuya, iştahaya və əhvali-ruhiyyəyə təsir etmir, lakin bəzən halsızlıq sağlamlıq problemləri ilə əlaqəli ola bilər.
Bu barədə rusiyalı endokrinoloq Tatyana Qubina "Podmoskovye seqodnya" internet nəşri ilə söhbətində danışıb.
"Əgər halsızlıq həftələrlə davam edirsə, yatandan və istirahət etdikdən sonra insana yüngüllük gəlmirsə, bu, patoloji yorğunluqdan xəbər verə bilər ki, bu zaman həkimə müraciət etmək lazımdır", - deyə o xəbərdarlıq edib.
Mütəxəssis narahatlıq siqnalları kimi yorğunluq, çəki itkisi, baş gicəllənmə, təngnəfəslik, konsentrasiya pozğunluğu, qan təzyiqinin yüksəlməsi və ya ürək döyüntüsünü qeyd edib.
"Bu halda anemiya, qalxanvari vəzi pozğunluqları, şəkərli diabet, xroniki infeksiyalar, həmçinin D, B12 vitaminlərinin çatışmazlığını istisna etmək vacibdir", - deyə həkim bildirib.
Qubina qeyd edib ki, həddən artıq psixo-emosional yüklənmələr və emosional tükənmə xroniki streslərə səbəb ola bilər ki, bu da hormonların balansını, maddələr mübadiləsini və sinir sisteminin işini pozur. Onun sözlərinə görə, uzun sürən zəiflik ürək çatışmazlığı, depressiya və onkologiya daxil olmaqla, ciddi xəstəliklərin əlaməti ola bilər.







Oxşar -Yeniinfo.az
Rusiyada azərbaycanlını qatar vuraraq öldürüb
Günəşdə son ayların ən güclü partlayışı baş verdi
Utilizasiya proqramından gözləntilər nələrdir?
Yerin 500 milyon illik sirri açıldı
Bakıda avtobus qəza törədib obyektə çırpıldı
Kosmosdan gələn naməlum zərbə
Yuxunun keyfiyyətinə təsir edən AĞLAGƏLMƏZ AMİL
Azərbaycan nümayəndə heyəti İrəvanda