Telefon
WhatsApp
Husilər Ben Qurion hava limanına raket zərbəsi endirdiklərini iddia ediblər
300 X 250 Reklam Alanı

Yəmənin “Ənsar Allah” hərəkatının üzvləri ballistik raketdən istifadə edərək Ben Qurion hava limanına raket zərbəsi endirdiklərini açıqlayıblar.

Bu barədə hərəkatın sözçüsü Yəhya Sariya açıqlama verib.

"Yəmən silahlı qüvvələrinin raket qüvvələri unikal hərbi əməliyyat həyata keçirib və bu əməliyyat zamanı İsrailin hava hücumundan müdafiə sistemlərini üstələyən Fələstin-2 hipersəs ballistik raketindən istifadə edərək Lod hava limanına hücum edib", - o bildirib.

 

Onun sözlərinə görə uğurlu əməliyyat nəticəsində hava limanının fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.

İsrail ordusunun yaydığı məlumata görə, raket enərkən havada parçalanıb və qalıqları İsrailin mərkəzinə düşüb. Hadisə zamanı ciddi ziyan dəyməyib.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

300 X 250 Reklam Alanı

Reklam

300 X 250 Reklam Alanı

Valyuta Məzənnəsi

Yüklənir...
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150