İlk qatlanan “iPhone”un dizaynı və qiyməti məlum oldu
İlk qatlanan “iPhone”un dizaynı və qiyməti məlum oldu
ABŞ-nin texnologiya nəhəngi “Apple” şirkəti tərəfindən hazırlanan ilk qatlanan “iPhone” modelinin dizayn xüsusiyyətləri və təxmini qiyməti məlum olub.
Məlumata görə, yeni cihaz “iPhone Air” modelinə bənzəyəcək və “ultranazik dizayn nailiyyəti” kimi təqdim olunacaq. Qatlanan “iPhone” iki “iPhone Air” modelinin birləşdirilmiş forması şəklində görünəcək.
Qeyd edək ki, titan korpusa malik olan “iPhone Air” smartfonunun qalınlığı cəmi 5,6 millimetrdir. Bu model yeni qatlanan smartfonun dizaynında əsas baza kimi götürüləcək. Yeni cihazın bazar qiymətinin azı 2 min dollar olacağı gözlənilir. Cihazda istifadə olunacaq qabaqcıl texnologiya sayəsində ekranın qatlanan hissəsindəki izlər minimuma endiriləcək.
İlkin məlumata əsasən, “Apple” şirkəti qatlanan “iPhone” modelini 2026-cı ilin payızında təqdim etməyi planlaşdırır. Cihazın istehsalı ənənəvi olaraq Çinin “Foxconn” zavodlarında həyata keçiriləcək.







Oxşar -Yeniinfo.az
Sinir yorğunluğu və tükənməsinin əlamətləri
Rusiyada azərbaycanlını qatar vuraraq öldürüb
Günəşdə son ayların ən güclü partlayışı baş verdi
Utilizasiya proqramından gözləntilər nələrdir?
Yerin 500 milyon illik sirri açıldı
Bakıda avtobus qəza törədib obyektə çırpıldı
Kosmosdan gələn naməlum zərbə
Yuxunun keyfiyyətinə təsir edən AĞLAGƏLMƏZ AMİL