İnsanlarda qırışların yaranma səbəbi nələrdir?
İnsanlarda qırışların yaranma səbəbi nələrdir?
BŞ-nin Bingemton Universitetinin alimləri qırışların yaşla necə və niyə əmələ gəldiyini dəqiq izah etməyə kömək edən genişmiqyaslı tədqiqat aparıblar.
Eksperimentin nəticələri "Journal of Mechanical Behavior of Biomedical Materials" jurnalında dərc olunub.
Eksperiment çərçivəsində tədqiqatçılar 16 yaşdan 91 yaşa qədər olan insanlardan götürülmüş miniatür dəri zolaqlarını dartıblar. Bu proses üz hərəkətlərinin, göz qırpılmasının, gülümsəmənin və dərinin gündəlik üzləşdiyi digər ifadələrin daimi təsirini təqlid edib.
Alimlər müəyyən ediblər ki, yaşla birlikdə dəri gündəlik üz hərəkətləri nəticəsində yaranan dartılmadan sonra elastikliyini və bərpa olunma qabiliyyətini itirir. Gənc dəridə qırış hərəkət dayanan kimi yox olursa, yaşlı insanlarda o, dərinin "yaddaşında qalır".
Kəşf dərinin qocalmasını zəiflətmək və daha effektiv kosmetik həllər hazırlamaq üçün yeni üsullar üçün əsas ola bilər.







Oxşar -Yeniinfo.az
Sinir yorğunluğu və tükənməsinin əlamətləri
Rusiyada azərbaycanlını qatar vuraraq öldürüb
Günəşdə son ayların ən güclü partlayışı baş verdi
Utilizasiya proqramından gözləntilər nələrdir?
Yerin 500 milyon illik sirri açıldı
Bakıda avtobus qəza törədib obyektə çırpıldı
Kosmosdan gələn naməlum zərbə
Yuxunun keyfiyyətinə təsir edən AĞLAGƏLMƏZ AMİL