Telefon
WhatsApp
İran, Hindistan və Özbəkistan rəsmiləri Tehranda ilk üçtərəfli görüş keçirib
300 X 250 Reklam Alanı

Tehranda İran, Hindistan və Özbəkistan rəsmiləri arasında Maliyyə protokolunun ilk üçtərəfli görüşü keçirilib.

 

Bu barədə "Mehr" agentliyi İran Xarici İşlər Nazirliyinin bəyanatına istinadən məlumat yayıb.

 

Danışıqlarda İran Xarici İşlər Nazirliyinin Cənubi Asiya üzrə baş direktoru Məhəmməd Rza Bəhrami, Hindistan Xarici İşlər Nazirliyinin birgə katibi Anand Prakaş, Özbəkistan Xarici İşlər Nazirliyinin Cənubi Asiya, Yaxın və Orta Şərq, Afrika ölkələri ilə əməkdaşlıq şöbəsinin müdiri Qulamjon Primkulov iştirak ediblər.

 

Tərəflər regionda ticarətin inkişafı və sabitliyin təmin edilməsinin vacibliyini vurğulayaraq, belə görüşlərin mütəmadi olaraq keçirilməsi barədə razılığa gəliblər.

 

Görüş zamanı iştirakçılar nəqliyyat və logistika sektorlarında, xüsusilə limanların istifadəsi və Rusiya, İran, Azərbaycan və Hindistanın birgə layihəsi olan Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin (INSTC) strateji istifadəsi vasitəsilə əməkdaşlığın genişləndirilməsinə diqqət yetiriblər.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

300 X 250 Reklam Alanı

Reklam

300 X 250 Reklam Alanı

Valyuta Məzənnəsi

Yüklənir...
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150