İrandan Zəngəzur açıqlaması: Türkiyə ilə birgə…
İrandan Zəngəzur açıqlaması: Türkiyə ilə birgə…
İran Zəngəzur dəhlizinə Türkiyə ilə birgə nəzarət etmək istəyir.
Bunu erməni türkoloq Akop Çakryan İran parlamentinin sədri Məhəmməd Bagir Qalibafın Zəngəzur dəhlizi ilə bağlı açıqlamasını şərh edərkən deyib.
“Əlbəttə, burada ABŞ-də baş verən hadisələr fonunda Zəngəzur dəhlizi nəzərdə tutulur. Görünən budur ki, Donald Trampın gəlişindən sonra “tostlar şirinləşir” və Zəngəzur dəhlizi ilə bağlı yeni inkişaflara işarə edilir. Təbii ki, ABŞ-nin superdövlət kimi bəzi imkanları var. Türkiyə və İran da iki qüdrətli siyasi qüvvə kimi rəqabət aparır, amma bu halda da onları “ortaq düşmən”in birləşdirdiyini də qeyd etmək lazımdır. Yəni müəyyən tədbirlər görülür.
Zəngəzur dəhlizi sıradan bir dəhliz deyil, nəzarəti qlobal əhəmiyyət kəsb edən regional transformasiyanın kəsişmə nöqtəsidir. Çin, ABŞ - hamı maraqlanır. Amerikalılar üçün çox vacibdir. Ancaq burada sual yaranır ki, bura bizim suveren ərazidirsə, bəs niyə Amerika Birləşmiş Ştatlarına verilir? Bunun müqabilində nə alacaqlar?” - ekspert bildirib.
Qeyd edək ki, Qalibaf daha əvvəl açıqlamasında İran və Türkiyənin regionun sabitliyini və bütövlüyünü birgə təmin etməyə qadir olduğunu deyib. Ermənistan KİV və ekspert icması İran parlamentinin sədrinin bu açıqlamasını Tehranın Zəngəzur dəhlizinə birgə nəzarətlə bağlı Ankaraya təklifi kimi şərh edir.







Oxşar -Yeniinfo.az
Əlcəzair Prezidenti Əbdülməcid Tebbune nazir Ceyhun Bayramovu qəbul edib
BMT-də Azərbaycanın ayrı-seçkiliyin bütün formalarına qarşı mübarizəsindən danışılıb
“Yaxın bir neçə ay ərzində bizə çox yaxşı xəbərlər gələcək”
Sabiq baş nazir Heydər Əliyevin Fransa səfərindən danışdı: "Sanki ermənilərin başına daş yağdı"
Moskva və Bakı elektron nəqliyyat qaimələri üzrə pilot layihənin işə salınmasını müzakirə edir
Azərbaycan və Belarus XİN-ləri arasında konsulluq məsləhətləşmələri keçirilib
Azərbaycan və Özbəkistan strateji tərəfdaşlığı gücləndirməyə razılaşıblar
Qazaxıstan nəqliyyat dəhlizlərinin inkişafına 23 milyard dollardan çox vəsait yönəldəcək