KİV: Şimali Koreya Rusiyaya minlərlə hərbçi göndərəcək
KİV: Şimali Koreya Rusiyaya minlərlə hərbçi göndərəcək
Koreya Xalq Demokratik Respublikasının (KXDR) hərbi komandanlığı Rusiyaya minlərlə hərbçi göndərəcək.
Bu barədə "Yonhap" agentliyi Cənubi Koreyanın Milli Kəşfiyyat Xidmətinə istinadən məlumat yayıb.
Məlumata görə, Şimali Koreya ordusunun mühəndis qoşunlarından beş min əsgərin Rusiyaya gəlməsi gözlənilir. Onlar infrastrukturun bərpasına cəlb olunacaqlar.
Daha min hərbçi ərazilərin minalardan təmizlənməsi ilə məşğul olacaq. Ümumiyyətlə, Seulun iddiasına görə, hazırda Rusiya-Ukrayna sərhədinə yaxın ərazilərdə təxminən 10 min Şimali koreyalı hərbçi yerləşdirilib və təhlükəsizliyin təmin edilməsi vəzifələrini yerinə yetirir.







Oxşar -Yeniinfo.az
Rusiya və Çin eyni vaxtda ABŞ-a hücum etsə...
KİV: Şimali Koreya Rusiyaya minlərlə hərbçi göndərəcək
Brüsseldə iki hava limanı uçuşları dayandırdı
Noyabrın 5-də gözlənilən hava şəraiti
Çində uçan avtomobillərin istehsalına start verilib
Şok: Bu şəhərlər su altında qala bilər - Tarix açıqlandı
Nyu Yorkda yaşayan azərbaycanlılara şad xəbər
Şimali Koreya qüvvələri Pentaqonun rəhbərini raketlərlə "qarşılayıb"