Telefon
WhatsApp
KİV: Trampın Putinlə görüş planı Zelenski üçün sürpriz olub
300 X 250 Reklam Alanı

Ağ Ev rəhbəri Donald Trampın Rusiya lideri Vladimir Putinlə telefon danışığı və Budapeştdə görüşmək barədə razılığa gəlməsinə dair açıqlaması Vaşinqtona səfər edən Ukrayna Prezidenti Volodimir Zelenski üçün sürpriz olub.

Bu barədə Amerikanın "Axios" portalı məlumat yayıb.

Məqalədə qeyd olunur ki, Vaşinqtona gələn Zelenski Trampla görüşə və ABŞ-ın Ukraynaya “Tomahawk” tipli qanadlı raketlər verməyə hazır olmasına dair ümidli idi.

Lakin “Merilend” ştatındakı “Endrüys” hərbi bazasına enişdən dərhal sonra Ukrayna nümayəndə heyəti Trampın “Vladimir Putinlə danışdığını və onunla Macarıstanda görüşməyə razılaşdığını” elan etməsindən təəccüblənib.

Mənbənin məlumatına görə, Zelenskinin Vaşinqtona səfəri çərçivəsində ABŞ-ın "Raytheon" və "Lockheed Martin" hərbi şirkətlərin rəhbərləri ilə də görüşü planlaşdırılır.

Qeyd edək ki, Tramp və Zelenski arasında danışıqların cümə günü Ağ Evdə baş tutacağı gözlənilir.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

300 X 250 Reklam Alanı

Reklam

300 X 250 Reklam Alanı

Valyuta Məzənnəsi

Yüklənir...
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150