Komitə sədri: Azərbaycanda dini konfessiyalar arasında geniş, möhkəm əməkdaşlıq əlaqələri və həmrəylik var
Komitə sədri: Azərbaycanda dini konfessiyalar arasında geniş, möhkəm əməkdaşlıq əlaqələri və həmrəylik var
Azərbaycanda hazırda dini konfessiyalar arasında geniş, möhkəm əməkdaşlıq əlaqələri və həmrəylik var.
Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin Avropa üzrə nümayəndəsi Cek Gerard ilə görüşündə deyib.
Görüş zamanı Azərbaycandakı dini durum, dövlət-din münasibətləri və dini tolerantlıq ənənələri barədə geniş fikir mübadiləsi aparılıb.
Komitə sədri bildirib ki, tolerantlıq mühitinin fromalaşdığı ölkələrdə dinlərarası dialoqun və əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli mühit mövcuddur. Bunun ən bariz örnəyi isə Azərbaycandır və burada tarixən dözümlülük ənənələri bərqərar olub.
Cek Gerard isə öz növbəsində Azərbaycanın dinlərarası dialoqun genişlənməsi istiqamətində apardığı siyasətin dünya ölkələri üçün dəyərli nümunə olduğunu vurğulayıb. O, rəhbərlik etdiyi dini qurumun bu istiqamətdə ölkəmizlə qarşılıqlı əlaqələrin inkişafında maraqlı olduğunu qeyd edib.







Oxşar -Yeniinfo.az
Sinir yorğunluğu və tükənməsinin əlamətləri
Rusiyada azərbaycanlını qatar vuraraq öldürüb
Günəşdə son ayların ən güclü partlayışı baş verdi
Utilizasiya proqramından gözləntilər nələrdir?
Yerin 500 milyon illik sirri açıldı
Bakıda avtobus qəza törədib obyektə çırpıldı
Kosmosdan gələn naməlum zərbə
Yuxunun keyfiyyətinə təsir edən AĞLAGƏLMƏZ AMİL