Kompüter oyunları diqqəti qorumağa, yaddaşı və kiçik motorikanı inkişaf etdirməyə kömək edir
Kompüter oyunları diqqəti qorumağa, yaddaşı və kiçik motorikanı inkişaf etdirməyə kömək edir
Kompüter oyunları diqqəti qorumağa, yaddaşı və kiçik motorikanı inkişaf etdirməyə kömək edir, həmçinin yaşla bağlı idrak dəyişikliklərini zəiflədir.
Bu barədə rusiyalı psixiatr Ruslan İsayev gazeta.ru-ya müsahibəsində danışıb. O, kompüter oyunlarının yaşlı insanlar üçün faydalarından söz açıb.
Mütəxəssisin fikrincə, bu, sadəcə əyləncə deyil, beyin üçün məşqdir. Lakin ekspert aydınlaşdırıb ki, oyunlar beyni cavanlaşdırmır. Buna görə də İsayev yorğunluğa səbəb ola biləcək mürəkkəb və dinamik oyunlardan uzaq durmağı tövsiyə edir. Onun sözlərinə görə, gündə 15-30 dəqiqə oynamaq optimal hesab olunur.
"Ən yaxşısı qısa seanslı, sadə və asan başa düşülən oyunlardır: "Minesweeper", dama, "Solitaire pasjans", pazl, "üçü ardıcıl", "fərqi tapın", viktorinalar, söz yaratma oyunları", - deyə o əlavə edib.
İsayev həmçinin bildirib ki, yaddaş və diqqətin gücləndirilməsi üçün onlayn platformalarda mövcud olan ixtisaslaşmış koqnitiv trenajorlar da faydalıdır.







Oxşar -Yeniinfo.az
Sinir yorğunluğu və tükənməsinin əlamətləri
Rusiyada azərbaycanlını qatar vuraraq öldürüb
Günəşdə son ayların ən güclü partlayışı baş verdi
Utilizasiya proqramından gözləntilər nələrdir?
Yerin 500 milyon illik sirri açıldı
Bakıda avtobus qəza törədib obyektə çırpıldı
Kosmosdan gələn naməlum zərbə
Yuxunun keyfiyyətinə təsir edən AĞLAGƏLMƏZ AMİL