Kosmosdan gələn naməlum zərbə
Kosmosdan gələn naməlum zərbə
Alimlər Avstraliya səhrasında qəribə şüşəli qayalar aşkar ediblər.
Bu barədə "Earth & Planetary Science Letters" jurnalında məqalə dərc edilib.
Məlumata görə, elm adamları həmin qayaları tətqiq ediblər. Nəticələr bu qayaların 11 milyon il əvvəl Yerə asteroidin düşməsi nəticəsində yarandığını göstərir.
Lakin alimlər hələ də kosmosdan gələn bu zərbənin yaratdığı krateri tapmayıblar. Halbuki bu zərbə planetin səthində görünən iz buraxmalı və çox güclü olmalı idi.
Qeyd edək ki, indiyədək elm adamları Yer üzünün müxtəlif bölgələrində asteroid və kometa toqquşmaları nəticəsində əmələ gələn şüşəyəbənzər qayalar kəşf ediblər. Bu qayalara tektit adı verilib. Lakin son olaraq Avstraliyada kəşf edilən şüşə qayalar Yer üzündə başqa heç yerdə görülməyib. Onlar ananquit adlandırılıb. Tədqiqatçıların fikrincə, bu şüşəli qayalar əvvəllər alimlərə məlum olmayan qədim asteroid toqquşmasının sübutudur.







Oxşar -Yeniinfo.az
Sinir yorğunluğu və tükənməsinin əlamətləri
Rusiyada azərbaycanlını qatar vuraraq öldürüb
Günəşdə son ayların ən güclü partlayışı baş verdi
Utilizasiya proqramından gözləntilər nələrdir?
Yerin 500 milyon illik sirri açıldı
Bakıda avtobus qəza törədib obyektə çırpıldı
Kosmosdan gələn naməlum zərbə
Yuxunun keyfiyyətinə təsir edən AĞLAGƏLMƏZ AMİL