Kənd sakini olan qadın çaqqalı öz əlləri ilə zərərsizləşdirib.
Kənd sakini olan qadın çaqqalı öz əlləri ilə zərərsizləşdirib.
Çaqqallar kəndi oylaqlarına çeviriblər. Gecə-gündüz demədən həm sakinlərə, həm də digər canlılara hücum edirlər. Cəlilabadın Şatırlı kənd sakinləri son günlərdə çaqqal hücumlarının artdığını bildiriblər.
Sakinlərin sözlərinə görə, çaqqalların ev quşlarına tamah salması əvvəllər də olub. Lakin bu yay hücumların intensivliyi artıb. Ehtimal olunur ki, meşələrdə yem çatışmazlığı buna səbəb olub. Sonuncu hücumda isə kənd sakini olan qadın çaqqalı öz əlləri ilə zərərsizləşdirib.
Son insident həm də insan xəsarətləri ilə nəticələnib. Çaqqal hücumu zamanı Aygün Orucova, Südabə Rüstəmova və Coşqun Əlili müxtəlif dərəcəli xəsarətlər alıblar. Onlar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Hadisədən sonra kənddə çaqqallara qarşı tədbirlərin gücləndirilməsi müzakirə olunur.







Oxşar -Yeniinfo.az
Sinir yorğunluğu və tükənməsinin əlamətləri
Rusiyada azərbaycanlını qatar vuraraq öldürüb
Günəşdə son ayların ən güclü partlayışı baş verdi
Utilizasiya proqramından gözləntilər nələrdir?
Yerin 500 milyon illik sirri açıldı
Bakıda avtobus qəza törədib obyektə çırpıldı
Kosmosdan gələn naməlum zərbə
Yuxunun keyfiyyətinə təsir edən AĞLAGƏLMƏZ AMİL