Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban payları göndərilib.
Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban payları göndərilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Qurban bayramı münasibətilə aztəminatlı ailələrə qurban paylarının çatdırılması davam edir.
IDEA-dan "Report"a verilən məlumata görə, “Bizim mətbəx” sosial layihəsi çərçivəsində həyata keçirilən bu xeyriyyə aksiyasının növbəti ünvanı Bakı şəhərinin Qaradağ rayonu olub. Burada yaşayan 200 aztəminatlı ailəyə bayram münasibətilə qurban payları təqdim edilib.
Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Bizim mətbəx" sosial layihəsinin əsas məqsədi aztəminatlı ailələrə və ehtiyacı olan şəxslərə isti yeməklər və qida yardımları təqdim edərək cəmiyyətimizdə həmrəylik ruhunu daha da gücləndirməkdir. Fəaliyyətə başladığı gündən etibarən "Bizim mətbəx" könüllüləri Bakı və ətraf bölgələrdə yaşayan yüz minlərlə insana isti yeməklər və qida yardımları təqdim edərək onların gündəlik həyatına isti münasibət və ümid bəxş etməyə nail olublar.







Oxşar -Yeniinfo.az
Sinir yorğunluğu və tükənməsinin əlamətləri
Rusiyada azərbaycanlını qatar vuraraq öldürüb
Günəşdə son ayların ən güclü partlayışı baş verdi
Utilizasiya proqramından gözləntilər nələrdir?
Yerin 500 milyon illik sirri açıldı
Bakıda avtobus qəza törədib obyektə çırpıldı
Kosmosdan gələn naməlum zərbə
Yuxunun keyfiyyətinə təsir edən AĞLAGƏLMƏZ AMİL