Livan hökuməti ordunun Hizbullahı tərksilah etmək planını təsdiqləyib
Livan hökuməti ordunun Hizbullahı tərksilah etmək planını təsdiqləyib
Livan hökuməti ölkə ordusunun təqdim etdiyi “Hizbullah”ı tərksilah etmək planını təsdiqləyib.
Baş nazir Navaf Salam ordunun konkret vaxt çərçivəsi təyin etmədən öz səlahiyyətləri daxilində planı həyata keçirməyə başlayacağını deyib.
“Hizbullah”ı dəstəkləyən nazirlər etiraz əlaməti olaraq iclası tərk ediblər.
Qeyd edək ki, ötən il İsraillə baş verən dağıdıcı müharibədən sonra “Hizbullah”ın tərksilah olunması məsələsi Livanda milli parçalanmanın əsas mövzusuna çevrilib.
Həmin müharibə uzun illərdir İranın dəstəklədiyi qruplaşmanın üstünlüyü ilə formalaşan güc balansını sarsıdıb.
ABŞ və Səudiyyə Ərəbistanı, eləcə də Livanda “Hizbullah”ın əsasən xristian və sünni müxalifləri qrupu silahları təhvil verməyə çağırıblar.
Lakin “Hizbullah” cavab olaraq bildirib ki, İsrail Livana hava zərbələri endirdiyi və ölkənin cənubunda geniş əraziləri ələ keçirdiyi bir vaxtda tərksilah məsələsini müzakirə etmək belə ciddi səhv olardı.
Cümə günü Livan hökuməti üç saatlıq iclas keçirib, burada ordu komandanı Rodolf Heykəl planı təqdim edib.
Heykəl iclasa daxil olan kimi, hökumətdəki beş şiə nazir etiraz əlaməti olaraq zalı tərk edib.







Oxşar -Yeniinfo.az
Rusiya və Çin eyni vaxtda ABŞ-a hücum etsə...
KİV: Şimali Koreya Rusiyaya minlərlə hərbçi göndərəcək
Brüsseldə iki hava limanı uçuşları dayandırdı
Noyabrın 5-də gözlənilən hava şəraiti
Çində uçan avtomobillərin istehsalına start verilib
Şok: Bu şəhərlər su altında qala bilər - Tarix açıqlandı
Nyu Yorkda yaşayan azərbaycanlılara şad xəbər
Şimali Koreya qüvvələri Pentaqonun rəhbərini raketlərlə "qarşılayıb"