Telefon
WhatsApp
Los-Ancelesdə meşə yanğınları rekord səviyəyə çatıb.
300 X 250 Reklam Alanı

ABŞ-də yanvar ayından Los-Ancelesi bürümüş meşə yanğınları rekord sığorta itkilərinə gətirib çıxarıb və 2011-ci ildə Yaponiyada baş vermiş "Fukusima" fəlakətindən sonra sığorta şirkətlərinin itkilərini üstələyib.

Barədə "Munich Re" sığorta şirkəti məlumat yayıb.

"Dünyada baş verən təbii fəlakətlər artıq ilin birinci yarısında 80 milyard dollar məbləğində sığorta itkisinə səbəb olub, 2025-ci ilin ilk həftələrində Los-Anceles bölgəsində və onun ətrafında baş verən yanğınlar isə ümumi məbləğin yarısını təşkil edib", - deyə hesabatda qeyd olunub.

 

İddia edilib ki, 2011-ci ildə "Fukusima-1" atom elektrik stansiyasında qəzaya səbəb olan zəlzələ və sunamidən sonrakı sığorta itkilərini bu dərəcədə yüksək olmayıb.

 

Xatırladaq ki, yanvarın 7-də Los-Ancelesin qərb hissəsində küləyin təsiri ilə güclənən meşə yanğını başlayıb. Alovun yayılma sahəsi 11 min hektarı ötüb. Kaliforniyada meşə yanğınları ştatın tarixində ən dağıdıcı olub.

Həmin vaxt ABŞ prezidenti Co Bayden böyük fəlakət rejimi elan etmişdi. İlkin məlumatlara görə, Kaliforniyada meşə yanğınlarının zərəri 135-150 milyard dollara çata bilər.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

300 X 250 Reklam Alanı

Reklam

300 X 250 Reklam Alanı

Valyuta Məzənnəsi

Yüklənir...
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150