Telefon
WhatsApp
Media qurumlarının rəhbərləri və influenserlər sertifikatlaşdırma imtahanını izləyib
300 X 250 Reklam Alanı

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin sonuncu günü keçirilib.

Test imtahanının gedişatı ilə tanış olmaq üçün Bakı şəhəri 161 nömrəli tam orta məktəbə infotur təşkil edilib.

İnfoturda Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin birinci müavini Tehranağa Abdullayev, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli, bir sıra media qurumlarının rəhbərləri və influenserlər iştirak edib.

İnfotur çərçivəsində iştirakçılar əvvəlcə imtahan prosesi ilə tanış olub, gedişatı izləyiblər.

Daha sonra “dəyirmi masa” ətrafında davam edən müzakirələr zamanı infotur iştirakçılarına sertifikatlaşdırma prosesi barədə məlumat verilib, sertifikatlaşdırma ilə müəllimlərə özünüqiymətləndirmə və peşəkar inkişaf, fəaliyyətlərinə daha məsuliyyətli yanaşma və şəxsi inkişafın formalaşdırması üçün əhəmiyyətli imkan yaradıldığı qeyd edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev görüş zamanı bildirib ki, məqsəd hər bir müəllimin tədrisə tam yararlı olması, keyfiyyətə zəmanət sisteminin formalaşdırılması və ən əsası şagirdlərə savadlı müəllimlər tərəfindən təhsil verilməsidir.

Görüşdə qeyd edilib ki, sertifikatlaşdırma müəllimləri davamlı inkişaf üçün stimullaşdırır. İmtahanda iştirak müəllimləri öz üzərlərində işləməyə, bilik və bacarıqlarını təkmilləşdirməyə və nəticələrini yaxşılaşdırmağa təşviq edir. Bu, təhsilin keyfiyyətinə bilavasitə təsir göstərir.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli görüş iştirakçılarına imtahanların təşkili barədə ətraflı məlumat verib.

“Dəyirmi masa” ətrafında davam edən müzakirələr zamanı media qurumlarının rəhbərlərini maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

300 X 250 Reklam Alanı

Reklam

300 X 250 Reklam Alanı

Valyuta Məzənnəsi

Yüklənir...
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150